Fərid Şəfiyev Türkiyə XİN-in idarə rəhbəri ilə görüşüb

Fərid Şəfiyev Türkiyə XİN-in idarə rəhbəri ilə görüşüb
# 13 fevral 2020 17:27 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) sədr Fərid Şəfiyev Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) İkitərəfli siyasi əlaqələr idarəsinin müdiri Yönet Can Tezellə görüşüb.

BMTM-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı F. Şəfiyev bir ildir fəaliyyət göstərən Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.

O Türkiyə-Azərbaycan münasibətləri barədə danışaraq, bu əlaqələrin əməkdaşlığın bütün sahələrini əhatə etdiyini bildirib.

F. Şəfiyevin sözlərinə görə, hər iki ölkənin beyin mərkəzləri arasında əlaqələr sürətlə inkişaf edir.

Mərkəz sədri ötən ilin sonlarında Türkiyə səfəri barədə danışaraq Türkiyə beyin mərkəzləri ilə BMTM arasında əlaqələrin dərinləşməsi istiqamətində atılan addımlar barədə də məlumat verib.

Türkiyə XİN rəsmisi Yönet Can Tezel Azərbaycan və Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb və Türkiyə hökumətinin bu münasibətləri dərinləşdirməkdə daim maraqlı olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR