Gürcüstan XİN Azərbaycana təşəkkür edib

Gürcüstan XİN Azərbaycana təşəkkür edib
  • Clock-gray 14:50
  • calendar-gray 25 Aprel 2020

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN)  ərazi bütövlüyünə verdiyi dəstəyə və işğal altındakı Tsxinvali rayonunun Taxtisdziri kəndi yaxınlığında aparılan qanunsuz hasarlama işlərini qınadığına görə Azərbaycana təşəkkür edib.

APA-nın yerli bürosu xəbər verir ki bu barədə nazirliyin "Twitter" hesabında paylaşım edilib. 

"Gürcüstan beynəlxalq ictimaiyyətin ərazi bütövlüyünə verdiyi sarsılmaz dəstəyi yüksək qiymətləndirir və işğal xətti olan Tsxinvali rayonunun Taxtisdziri kəndi yaxınlığındakı qanunsuz hasarlama işlərini qınadığına və möhkəm duruş göstərdiyinə görə təşəkkür edir", - deyə paylaşımda qeyd olunub.

Səid Babazadə

Digər xəbərlər