Bank Of Baku

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
# 18 sentyabr 2026 00:19 (UTC +04:00)

Bakıda Azərbaycan və Estoniya Xarici İşlər nazirlikləri arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Estoniya nümayəndə heyətinə isə bu ölkənin XİN-in Konsulluq departamentinin baş direktoru Marqus Sarqlepp rəhbərlik edib.

Görüşdə Azərbaycan tərəfdən Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri də iştirak ediblər.

Tərəflər Azərbaycan və Estoniya arasında konsulluq sahəsində əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini, o cümlədən bu istiqamətdə yeni ikitərəfli sənədlərin imzalanması imkanlarını müzakirə ediblər.

Hər iki ölkə vətəndaşlarına konsulluq dəstəyinin göstərilməsi istiqamətində sıx əməkdaşlığın əhəmiyyəti vurğulanıb, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması üzrə mövcud təcrübə və qabaqcıl mexanizmlər barədə fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələr zamanı, həmçinin Azərbaycan və Estoniya arasında miqrasiya, ədliyyə, daxili işlər, təhsil, sosial və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR