Gürcüstan azərbaycanlıları Şuşanın işğaldan azad edilməsini qeyd ediblər

   Gürcüstan azərbaycanlıları Şuşanın işğaldan azad edilməsini qeyd ediblər
  • Clock-gray 13:37
  • calendar-gray 09 Noyabr 2020

Qədim Azərbaycan şəhəri Şuşanın işğaldan azad edilməsi Gürcüstanda yaşayan azərbaycanlılar tərəfindən böyük sevinclə qarşılanıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu gün Gürcüstanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar Şuşanın azad edilməsi və 9 Noyabr -  Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə paytaxt Tbilisidə Heydər Əliyev parkına toplaşıblar.

Burada Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb. Əllərində Azərbaycan və Gürcüstan bayraqları tutan soydaşlarımız bu qələbədən bütün dünya azərbaycanlılarının qürur duyduğunu və bütün dünya azərbaycanlılarına baş ucalığı gətirdiyini bildiriblər.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın azərbaycanlı ziyalıları, azərbaycanlı tələbələr, eləcə də gürcü ictimai xadimlər iştirak edib.

Qeyd edək ki, 9 Noyabr -  Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Tbilisinin bir sıra mərkəzi küçə və meydanlarında quraşdırılmış böyük monitorlarda Azərbaycan bayrağı nümayiş etdirilir.

 

 

 

Səid Babazadə

Digər xəbərlər