Hikmət Hacıyev: "Azərbaycan Ordusu mülki insanlarla müharibə aparmır"

Hikmət Hacıyev: "Azərbaycan Ordusu mülki insanlarla müharibə aparmır"
  • Clock-gray 15:40
  • calendar-gray 03 Noyabr 2020

“Azərbaycan Ordusu mülki insanları və obyektləri hədəf seçmir, işğalçını sülhə məcburetmə əməliyyatı aparılır”.

 APA-nın məlumatına görə, bunu bu gün keçirilən  brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan Xankəndi və digər yaşayıq məntəqələrində mülki obyektlərə zərbə endirilməsi barədə yalan məlumat yayır: “Biz mülki insanlarla müharibə aparmırıq, yalnız oradakı legitim hərbi hədəflərə zərbə endirilir. Azərbaycanda əsirlikdə olan erməni hərbçilər də hər hansı fiziki, psixoloji təzyiqlərdən kənardır. Biz bu sahədə üzərimizə düşən beynəlxalq öhdəliklərdən çıxış edirik. Azərbaycanla Ermənistan arasında olan əsas fərq də bundan ibarətdir. Elə humanitar siyasətin nümunəsi olaraq bir müddət əvvəl  Azərbaycanda olan 30 erməni hərbçinin cəsədinin də Ermənistana verilməsi təmin olunub”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər