Hikmət Hacıyev: “Sanki Ermənistan KTMT-nin sahibidir və onun digər üzvlərinə dərs keçəcək”

Hikmət Hacıyev: “Sanki Ermənistan KTMT-nin sahibidir və onun digər üzvlərinə dərs keçəcək”
# 12 avqust 2020 14:56 (UTC +04:00)

“Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasında qeyd olunur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin bir-birinə münasibətdə müttəfiqlik öhdəliklərini yerinə yetirmələri və təşkilatın səmərəliliyinin artırılması istiqamətində iş aparacaq. Sanki Ermənistan bu təşkilatın sahibidir və onun digər üzvlərinə dərs keçəcək”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edərkən deyib.

H. Hacıyev bildirib ki, Ermənistan KTMT-nin heç bir üzvü ilə məsləhətləşmədən onun keçmiş baş katibini həbs edib, indi isə təşkilatın digər üzvlərinə öhdəlikləri barədə dərs keçmək fikrindədir: “Uzun müddət KTMT-nin yeni baş katibinin təyin olunmasını boykot edən Ermənistanın özü bununla da təşkilatın səmərəliliyinə ən böyük zərbə vurmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Sorosin tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR