Hikmət Hacıyev: “Serbiya Ermənistana silah satışı ilə bağlı məsələni araşdırır”

Hikmət Hacıyev: “Serbiya Ermənistana silah satışı ilə bağlı məsələni araşdırır”
  • Clock-gray 11:51
  • calendar-gray 21 İyul 2020

“Azərbaycanın Serbiyadakı səfirliyinə müvafiq tapşırıq verilib”.

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistana silah satışı ilə bağlı Serbiya tərəfi məsələni araşdırır: “Onlar Azərbaycanın müraciətinə cavab verəcək”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan bu silahlardan mülki obyektləri hədəf almaq üçün istifadə edir: “Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən saxta şirkətlər yaradılır, ucuz qiymətə alınan silahlar üçüncü tərəflərə satılır, bu silahların terrorçuların əlinə keçməsi faktları da var. Ona görə də Ermənistanla bu sahədə əməkdaşlıq edən ölkələri diqqətli olmağa çağırırıq”.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər