Hindistan səfiri: "Cammu və Kəşmir İttifaq Ərazisində müsbət xətt üzrə inkişafa nail olunub"

Hindistan səfiri: "Cammu və Kəşmir İttifaq Ərazisində müsbət xətt üzrə inkişafa nail olunub"
  • Clock-gray 15:55
  • calendar-gray 26 Oktyabr 2020

Cammu və Kəşmir İttifaq Ərazisində müsbət xətt üzrə inkişafa nail olunub.

APA-nın xəbərinə görə, bu barədə Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna bildirib.

Səfirin sözlərinə görə, Hindistan hökuməti tərəfindən son bir neçə ay ərzində qəbul edilən müxtəlif qərarların nəticəsində yaxşı idarəetmənin inkişaf etdirilməsi ilə bağlı hədəfə nail olunub və İttifaq Ərazisində yaşayan insanların hərtərəfli sosial-iqtisadi inkişafı təmin olunub. 

Ən son inkişafla bağlı səfir qeyd edib ki, 1989-cu ildə qəbul edilən, 1 oktyabr 2020-ci il tarixində Hindistan Hökuməti Daxili İşlər Nazirliyi və 21 oktyabr 2020-ci il tarixində isə İttifaq Kabineti tərəfindən dəyişdirilən və rəsmi şəkildə təsdiqlənən Cammu və Kəşmir Kənd Bələdiyyəsi qanunu haqqında Akt  xalqa siyasi güc verib: "Dəyişiklik İttifaq Ərazisində yaşayan insanların ölkənin digər bölgələrində olduğu kimi birbaşa öz nümayəndələrini seçməsinə imkan verəcək". 

Səfir onu da bildirib ki, bu yaxınlarda Hökümət tərəfindən Cammu və Kəşmirdə alma tədarükü üçün Bazar Müdaxiləsi layihəsinin bir il uzadılması təsdiq olunub ki, bununla da alma yetişdiriciləri səmərəli satış platforması ilə təmin olunacaq və yerli əhali üçün məşğulluğun yaradılmasına köməklik göstəriləcək. Nəticədə, alma üçün minimum qiymətlər təyin ediləcək və Cammu və Kəşmirdə fermerlərin ümumi gəlirləri artacaq.

Diplomat əlavə edib ki, Cammu və Kəşmirin ötən il yenidən qurulması müsbət istiqamətdə bir sıra inkişafa gətirib çıxardıb. Buna misal olaraq, səfir Cammu və Kəşmirdə yaşayan uşaqların 14 yaşına qədər təhsil almaq hüququnu təmin edən 2009-cu il Pulsuz və Məcburi Təhsil Hüququ haqqında təhsil aktının tətbiq edilməsini qeyd edib.  

Səfirin sözlərinə görə, 2019-cu ilin avqust ayından bəri Hökumət ştat gənclərinin məşğulluğunu təmin etmək üçün müxtəlif addımlar atıb: "Buraya birinci mərhələdə bütün səviyyələrdə sürətli işə qəbul üçün 10.000 iş imkanının yaradılması və gələcəkdə daha 25.000 iş imkanının yaradılması planı daxildir. Hökümət, həmçinin daha 25000 vakansiyası olan 50 yeni təhsil müəssisəsi təsis etmişdir ki, bu da son 70 ildə ən böyük inkişafdır.  Yaxın gələcəkdə 2 yeni Bütün Hindistan Tibb Elmləri İnstitutu, 7 yeni tibb kolleci, 5 yeni tibb bacısı kolleci və bir dövlət xərçəng xəstəliyi institutunu əhatə edən 1 milyard ABŞ dolları dəyərində yeni sağlamlıq infrastrukturunun təsis edilməsi gözlənilir".

Zümrüd Paşkin

Digər xəbərlər