Həmyerlilərimiz Londondakı bir sıra ölkə səfirliklərinə təşəkkür məktubu təqdim edib - FOTO

Həmyerlilərimiz Londondakı bir sıra ölkə səfirliklərinə təşəkkür məktubu təqdim edib - FOTO
# 08 oktyabr 2020 20:18 (UTC +04:00)

Britaniyada yaşayan həmyerlilərimiz Azərbaycanı beynəlxalq arenada rəsmi olaraq dəstəkləyən bir sıra ölkələrin Londondakı səfirliyinə təşəkkür məktubu təqdim edib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Londondakı Azərbaycan icmasının üzvləri Macarıstan və Bosniya Hersoqovinanın Britniyadakı səfirliklərinə gedərək ölkəmizi dəstəklədikləri üçün əməkdaşlara təşəkkür məktubu təqdim edib.

Azərbaycan icmasının üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti haqqında səfirlikləri məlumatlandırıb.

Həmyerlilərimiz Ermənistanın sentyabrın 27-si səhər saatlarından başlayaraq bu günə qədər cəbhə xətti boyunca yaşayış yerlərini, dinc əhali və mülki vətəndaşları hədəfə aldıqlarını bildirərək, işğalçı ölkənin təcavüzkar siyasəti fonunda ölkəmizə göstərdikləri dəstəyin Azərbaycan üçün çox dəyərli olduğunu qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR