İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
# 28 may 2020 12:51 (UTC +04:00)

İraq Respublikasının Prezidenti Bərham Saleh Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: “Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu.

Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, Azərbaycan xalqına isə inkişaf və firavanlıq arzu edirəm. Allah-Təaladan tezliklə koronavirus bəlasından qurtulmağınızı diləyirəm. İraq tərəfinin dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın gücləndirilməsinə sadiq qalacağına əmin ola bilərsiniz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR