İsmail Özdemir: “Baxçalının təşəbbüsü ilə Şuşada məktəb tikintisini səbirsizliklə gözləyirik”

İsmail Özdemir: “Baxçalının təşəbbüsü ilə Şuşada məktəb tikintisini səbirsizliklə gözləyirik”
# 10 mart 2021 18:42 (UTC +04:00)

“MHP sədri Dövlət Baxçalının Türk Dünyasının mədəniyyət paytaxtı Şuşada məktəb tikintisi ilə bağlı təşəbbüsünün gerçəkləşməsini səbirsizliklə gözləyirik”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan səfərin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvü, MHP Kayseri millət vəkili İsmail Özdemir deyib.

O qeyd edib ki, Türkiyə və Azərbaycanın münasibətləri iki dövlətin münasibətlərindən fərqlənir. Millət vəkili əlavə edib ki, bu, bir qardaşlıq münasibətidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR