İsveç XİN başçısının Azərbaycana səfəri təxirə salınıb

İsveç XİN başçısının Azərbaycana səfəri təxirə salınıb
# 30 sentyabr 2020 18:36 (UTC +04:00)

İsveç Krallığının Xarici İşlər naziri Ann Lindenin Azərbaycana səfəri təxirə salınıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və A. Linde arasında keçirilmiş videokonfrans formatında görüş zamanı bildirilib.

İsveçli nazir Azərbaycana səfərinin noyabr ayına təxirə salındığını qeyd edib.

Xatırladaq ki, A. Lindenin Azərbaycana səfəri bu həftə ərzində baş tutmalı idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR