İtaliya səfiri: "Yenidən Azərbaycanın nəzarətində olan bu torpaqlara gəlmək çox gözəl və təsirlidir"

İtaliya səfiri: "Yenidən Azərbaycanın nəzarətində olan bu torpaqlara gəlmək çox gözəl və təsirlidir"
  • Clock-gray 17:07
  • calendar-gray 06 Fevral 2021

“Yenidən Azərbaycanın nəzarətində olan bu torpaqlara gəlmək çox gözəl və təsirlidir. Biz burada Xudafərin körpüsünü görürük. Bəli, həm də artıq körpü tikməyin, nifrəti kənara qoymağın və bu regionda uzunmüddətli dayanıqlı sülhə nail olmağın vaxtıdır. Biz bunda maraqlıyıq”. 

APA-nın xəbərinə görə, bunu işğaldan azad olunan Cəbrayılda Xudafərin körpüsünü ziyarət zamanı İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib. 

Onun sözlərinə görə, İtaliyanın Azərbaycanla çox yaxşı və strateji tərəfdaşlığı var: "Bu regionun stabilliyində və təhlükəsizliyində maraqlıyıq. Ümid edirəm ki, Xudafərin körpüsü simvolik olaraq etnik müxtəlifliyə baxmayaraq sülh içində birgə yaşayışı təmsil edəcək. Bu, mənim regiona, Azərbaycanın bərpa etdiyi ərazilərə ilk səfərim deyil. Artıq Füzulidə olmuşam, Ağdama iki dəfə səfər etmişəm. Etiraf edim ki, Cəbrayılda da dağıntıları görəcəyimi, heç də yaxşı mənzərə ilə üzləşməyəcəyimi bilirdim. Xüsusilə də Cəbrayıl qəbiristanlığındakı həmin mənzərəni qeyd etməliyəm.

Bütün bunlara görə bir daha bildirirəm ki, regionun müxtəlif xalqları arasında sülh şəraitində yaşayış üçüm çalışmaq lazımdır. Ümid edirəm ki, bizim Cəbrayıl qəbiristanlığında gördüklərimizə bir daha şahid olmayacağıq. Bu, hər hansı dinə, irqə, millətə aid olmaqla bağlı deyil. Bu, ölülərə hörmətlə bağlıdır. Azərbaycanlılarda olduğu kimi, italyanlarda da vəfat etmiş doğmalar çox vacibdir. Gəlin nifrəti arxada qoyaq və sülh içində birgə yaşayış üçün irəliyə baxaq”.

Zümrüd Paşkin

Digər xəbərlər