İtaliyanın Azərbaycandakı səfirliyində COVID-19 qurbanlarının xatirəsi yad edilib

İtaliyanın Azərbaycandakı səfirliyində COVID-19 qurbanlarının xatirəsi yad edilib
# 18 mart 2021 16:27 (UTC +04:00)

İtaliyanın Azərbaycandakı səfirliyində COVID-19-a yoluxaraq həyatını itirən şəxslərin xatirəsi yad edilib.

APA-nın xəbərinə görə, bu barədə səfirliyin “Facebook” səhifəsində məlumat verilib.

“Bu gün İtaliya olaraq biz COVID-19 pandemiyasının qurbanlarının xatirəsini yad edirik. Bir il əvvəl, epidemiyanın ən çətin vaxtında Azərbaycan hökumətinin İtaliyadakı bəzi səhiyyə müəssisələrinə etdiyi mühüm ianə jestini də xatırlatmaq istəyirik. Növbəti aylarda isə İtaliya hökuməti həmrəylik və minnətdarlıq əlaməti olaraq bu jestə Azərbaycan Səhiyyə Nazirliyi ilə Roma Spallanzani İnstitutu arasında birbaşa təmasları asanlaşdıraraq cavab verdi. Həqiqi dostlar ən çətin zamanlarda tanınır”, - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR