İtaliyanın Azərbaycandakı səfirliyində koronavirusdan ölənlərin xatirələrini yad etmək üçün bayraqlar endirilib

İtaliyanın Azərbaycandakı səfirliyində koronavirusdan ölənlərin xatirələrini yad etmək üçün bayraqlar endirilib
# 31 mart 2020 13:49 (UTC +04:00)

İtaliyanın Azərbaycandakı səfirliyində koronavirus pandemiyasından həyatını itirənlərin xatirələrini yad etmək üçün bayraqlar endirilib.

APA-nın xəbərinə görə, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyindən bildirilib.

"Bu gün bizim səfirliyin, həmçinin İtaliyadakı və xaricdəki bütün dövlət orqanlarının bayraqları COVID-19 epidemiyasının qurbanlarının xatirinə yarıya qədər endirilir. Biz bu pandemiya ilə üzləşən digər xalqlarla həmrəylik içindəyik", - səfirlik qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR