Maliyyə naziri Azərbaycan və İordaniya Hökumətlərarası Komissiyasının həmsədri təyin edilib

Maliyyə naziri Azərbaycan və İordaniya  Hökumətlərarası Komissiyasının həmsədri təyin edilib
# 02 mart 2020 17:50 (UTC +04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2670 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri dəyişib.

İndiyə qədər Komissiyanın həmsədri İqtisadiyyat naziri olub. Dəyişikliyə əsasən, bundan sonra Komissiyanın həmsədri Maliyyə naziri olacaq.

Komissiyanın üzvləri aşağıdakı tərkibdə təsdiqlənib:

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Energetika nazirinin müavini

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR