Ötən il Azərbaycan Burundi qaçqınlarına və Yəməndə böhrandan əziyyət çəkən əhaliyə humanitar yardım göstərib

 Ötən il Azərbaycan Burundi qaçqınlarına və Yəməndə böhrandan əziyyət çəkən əhaliyə humanitar yardım göstərib
# 03 yanvar 2020 17:40 (UTC +04:00)

2019-cu ildə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə Burkina-Faso, Çad, Mali, Niger, Toqo, Qəmər adaları və Qvineya Bissauda 20 mindən çox insanın göz müayinəsi, 8 minə yaxın katarakt əməliyyatı, 26 nəfər yerli oftalmoloq üçün peşəkarlıq artırma təlimləri keçirilib.

APA-nın xəbərinə görə, bu, 2019-cu ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat buraxılışında əksini tapıb.

“Bununla yanaşı, ölkəmiz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müraciətinə əsasən Burundi qaçqınlarına və BMT Baş katibinin məktubuna cavab olaraq Yəməndə böhrandan əziyyət çəkən əhaliyə humanitar yardım göstərib, həmçinin İranda baş vermiş təbii fəlakətdən əziyyət çəkən əhaliyə və Albaniyada baş vermiş zəlzələlərlə əlaqədar humanitar yardım ayırıb”, - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR