Polad Bülbüloğlu Rusiya XİN başçısının müavini ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib

Polad Bülbüloğlu Rusiya XİN başçısının müavini ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib
# 16 iyul 2020 18:19 (UTC +04:00)

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

APA-nın Moskva müxbirinin Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan-Ermənistan sərhədindəki hazırkı vəziyyət də daxil olmaqla, ikitərəfli münasibətlər və regional təhlükəsizliyə dair aktual məsələlər müzakirə olunub.

Bundan başqa, görüşdə yeni koronavirus infeksiyası və onun nəticələrinə qarşı fəaliyyətdə sıx əməkdaşlığı davam etdirmək, habelə iki ölkə vətəndaşlarının vətənə qayıtmalarına kömək etmək üçün qarşılıqlı istək təsdiqlənib.

Koronavirusdan sonrakı dövr üçün müxtəlif sahələrdə əməkdaşlıq planları da nəzərdən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR