Prezident İlham Əliyev Əfqanıstanın milli təhlükəsizlik müşavirini və Prezident Administrasiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Əfqanıstanın milli təhlükəsizlik müşavirini və Prezident Administrasiyasının rəhbərini qəbul edib - YENİLƏNİB
  • Clock-gray 13:33
  • calendar-gray 21 Dekabr 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarı qəbul edib.

APA xəbər verir ki, Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohib Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Əfqanıstan Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə Əfqanıstan Prezidentinin münaqişənin ilk günlərindən Azərbaycana verdiyi siyasi dəstək və Əfqanıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi yüksək qiymətləndirilib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunularaq əlaqələrimizin inkişafında əldə olunan nailiyyətlər qeyd edilib, əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. Azərbaycan və Əfqanıstan prezidentlərinin şəxsi münasibətlərinin əlaqələrimizin inkişafında rolu xüsusi vurğulanıb.

Söhbət zamanı münaqişənin bitməsinin regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında əhəmiyyəti qeyd edilib və bunun çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdığı bildirilib.

Görüşdə iqtisadi, təhlükəsizlik, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Söhbət zamanı Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı ilə bağlı məsələlər də müzakirə edilib.

Milli təhlükəsizlik müşaviri Hamdullah Mohib Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin məktubunu dövlətimizin başçısına təqdim edib.

***

12:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarı qəbul edib.

APA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

apa-logo-mini

Digər xəbərlər