Qətər səfiri: “Mülki əhalinin hədəfə alınmasını qınayırıq”

Qətər səfiri: “Mülki əhalinin hədəfə alınmasını qınayırıq”
# 12 oktyabr 2020 19:04 (UTC +04:00)

“Qətər hər zaman mülki şəxslərə qarşı hücumları qınayır. Biz bir daha ifadə edirik ki, Qətər qardaş Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

APA-nın məlumatına görə, bunu ermənilərin Gəncə şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkən diplomatlar arasında olan Qətərin Azərbaycandakı səfiri Faysal Abdullah Hamad Abdullah əl-Henzab deyib.

Diplomat bildirib ki, sülhü dəstəkləyən bütün ölkələr mülki əhalinin hədəfə alınmasını qınayır: “Biz, həmçinin, uzun müddətdir, həll olunmayan bu münaqişənin sülh yolu ilə həllini arzulayırıq”, - deyə səfir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR