Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA

Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA
  • Clock-gray 20:23
  • calendar-gray 16 Dekabr 2019

Bu gün Qətər Dövlətinin Milli Günü münasibətilə Qətərin ölkəmizdəki səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilib.

APA-nın məlumatına görə, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Əl Hənzab bildirib ki, Qətər Dövləti qısa müddət ərzində regional və beynəlxalq səviyyələrdə layiqli yerini tutmağa nail olub: “Bu da müdrik rəhbərimizin müxtəlif dövlətlərlə əlaqələrdə əsasını dinc yaşama, əməkdaşlıq, insan hüquqlarının qorunması, sabitlik və təhlükəsizliyə nail olmaq üçün sülhün yaradılması, münaqişələrin və ixtilafların həllində dialoqa əsaslanma, dövlətilərin suverenliyinə hörmət, daxili işlərə qarışmamaq, beynəlxalq qanun və sazişlərin tətbiqi kimi məsələlərin təşkil etdiyi xarici siyasəti nəticəsində baş verib”.

Səfir Azərbaycan və Qətər arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Milli Günü  münasibətilə Qətər xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik edib, belə əlamətdar bir gündə Qətər Dövlətinə əmin-amanlıq, yüksək rifah və davamlı tərəqqi arzulayıb.

Birgə Komissiyanın həmsədri qeyd edib ki, Qətər illər ərzində keçdiyi uğurlu inkişaf yolu sayəsində iqtisadiyyat, mədəniyyət, təhsil kimi sahələrdə böyük nailiyyətlər qazanıb: “Sevindirici haldır ki, Qətər Dövləti dünyanın bir çox ölkəsi ilə sıx ticarət əlaqələri qurub, enerji sahəsində iddialı və zəngin iqtisadiyyata malik güclü bir ölkəyə çevrilib. Azərbaycan Respublikası və Qətər Dövləti arasında istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli qaydada strateji əməkdaşlıq və dostluq münasibətləri mövcuddur. Xüsusi ilə vurğulamaq istərdim ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq beynəlxalq təşkilatlar çərçivəsində müzakirələr və müvafiq qətnamələrin qəbul olunması zamanı Qətərin Azərbaycanın haqlı mövqeyini daim dəstəkləməsini  yüksək qiymətləndiririk.  Fürsətdən istifadə edərək, dost Qətər Dövlətinə dərin təşəkkürümüzü bildiririk”.

Fövqəladə Hallar naziri nəzərə çatdırıb ki, ölkələrimiz arasında ikitərəfli diplomatik əlaqələrin əsası 1994-cü ildə qoyulub: “Ortaq mədəni və dini dəyərlər əsaslanan münasibətlərimiz ötən dövr ərzində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər sayəsində daha da möhkəmlənib. 2004 və 2017-ci illərdə Azərbaycan Prezidenti İlham Əliyevin Qətərə, o cümlədən 2007-ci ildə Qətər Dövlətinin keçmiş Əmiri Şeyx Həməd bin Xəlifə Əl-Taninin və 2016-ci ildə Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl-Taninin Azərbaycana rəsmi səfərləri zamanı əldə edilmiş razılaşmalar  və iqtisadiyyat, mədəniyyət, turizm, səhiyyə, idman kimi sahələrdə imzalanan sənədlər ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün güclü zəmin yaradıb. Ölkələrimiz arasında müvafiq istiqamətlər üzrə zəruri müqavilə-hüquq bazası yanaşı əməkdaşlıq mexanizmlərinin də yaradılması əlaqələrin sürətlə inkişaf etməsinə töhfə verib. 2016-cı ildə hər iki tərəfdən dövlət başçısının müvafiq qərarı ilə fəaliyyətə başlamış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya uğurlu əməkdaşlıq üçün mühüm platforma yaradıb. Birgə Komissiyanın fəaliyyəti çərçivəsində ikitərəfli iqtisadi əlaqələr, ticarət və qarşılıqla investisiya imkanları yaradılması istiqamətində uğurlu əməkdaşlıq həyata keçirilib. İki ölkənin arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi Komissiyanın fəaliyyətinin əhəmiyyətli bir ölçüsünü təşkil edib. Bu istiqamətdə qarşılıqlı ticarətin təşviq edilməsi, ixrac məhsullarının və xidmətlərinin müəyyən edilməsi ilə bağlı bir sıra işlər aparılıb, daha sıx işgüzar əlaqələr qurulub. İkitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri kimi investisiya sahəsində də əlaqələr inkişaf edir. Birgə Komissiyanın cari ilin fevral ayında Qətər Dövlətində keçirilən ikinci iclasının protokoluna əsasən yaradılmış sərmayə üzrə İşçi qrupu fəaliyyətə başlayıb. İşçi qrupu çərçivəsində fəaliyyətlər hər iki ölkənin investisiya imkanlarının araşdırılması, birgə investisiya layihələrinin hazırlanması və gələcək əməkdaşlıq potensialının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

K.Heydərov qeyd edib ki, iki dövlət həm də fövqəladə hallar sahəsində əməkdaşlıq edir: “2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün hüquqi baza yaradıb. Bu istiqamətdə qarşılıqlı səfərlərin həyata keçirilməsi, ekspert və təcrübə mübadiləsi yolu ilə əməkdaşlıq imkanlarının araşdırılması və əlaqələrin genişləndirilməsi üçün şərait yaradıb. Qətər Dövləti ilə ikitərəfli əməkdaşlığımızın bütün istiqamətlərdə daha da möhkəmlənəcəyinə və ölkələrimizin mənafeyinə xidmət edəcəyinə əminliyini ifadə etmək istəyirəm. Bir daha əlamətdar bayram münasibəti ilə bütün Qətər xalqına səmimi təbriklərimi çatdırır, Qətər Dövlətinə sülh və əmin-amanlıq və tərəqqi arzulayıram”.

Tədbir qeyri-rəsmi hissə ilə davam edib.

FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA"> FOTOSESSİYA" data-description="gallery" alt="Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib - FOTOSESSİYA">

Ramiz Mikayıloğlu

Digər xəbərlər