Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Prezident İlham Əliyevi təbrik edib

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Prezident İlham Əliyevi təbrik edib
# 26 dekabr 2019 20:34 (UTC +04:00)

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

APA xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti vəzifənizdə yeni uğurlar, möhkəm cansağlığı, yaradıcılıq ruhu, xoşbəxtlik, firavanlıq, əziz və yaxın insanların səmimi diqqətini və sevgisini arzu edirəm.

Fürsətdən istifadə edib Rusiya və Azərbaycanın təhlükəsizliyinin təmin olunması, milli maraqların müdafiəsi, MDB məkanında sülhün və sabitliyin qorunub saxlanması məqsədilə ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı əlaqələrin inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR