Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinlərinin Moskvada görüşü keçirilib

Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinlərinin Moskvada görüşü keçirilib
# 09 fevral 2021 22:03 (UTC +04:00)

Moskvada Rusiya, Azərbaycan xarici işlər nazirlərinin müavinləri Andrey Rudenko və Xələf Xələfov arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunub.

"Danışıqlar ənənəvi olaraq ölkələrimiz arasında olan strateji tərəfdaşlıq münasibətlərinə uyğun konstruktiv və dostluq atmosferində keçib", deyə Rusiya XiN-in məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR