Rusiyada yaşayan azərbaycanlılar Vətənin müdafiəsində iştirak etmək üçün səfirliyə müraciət edirlər

Rusiyada yaşayan azərbaycanlılar Vətənin müdafiəsində iştirak etmək üçün səfirliyə müraciət edirlər
  • Clock-gray 15:25
  • calendar-gray 28 Sentyabr 2020

Azərbaycanın Rusiyadakı Səfirliyi bu ölkədəki diaspor təşkilatlarına müraciət edib. Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Səfirlik diaspor təşkilatlarını mövcud vəziyyətə anlayışla yanaşmağa və Rusiya

Federasiyasının qəbul olunmuş norma və qanunları çərçivəsində hərəkət etməyə çağırıb.

Bundan başqa, məlumatda qeyd olunur ki, Rusiyada yaşayan azərbaycanlılar tərəfindən səfirliyə müraciətlər daxil olur.

“Qeyd edək ki, təkcə bir gün ərzində Səfirliyə Rusiyada yaşayan soydaşlarımızdan Vətənin müdafiəsində iştirak etmək arzusunu bildirən 50-dən çox şəxsdən müraciət daxil olub. Bu cür vətənpərvərliyə, həmrəyliyə görə dərin təşəkkürümüzü bildiririk. Bununla yanaşı, bildiririk ki, Azərbaycan ordusu işğal altındakı ərazilərimizi azad etməkdən ötrü bütün tapşırıqları sərbəst yerinə yetirməyə qadirdir”, - deyə Səfirliyin məlumatında vurğulanıb.

Fərid Əkbərov

Digər xəbərlər