Rusiyanın Azərbaycan diasporunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Rusiyanın Azərbaycan diasporunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib
# 24 dekabr 2019 18:28 (UTC +04:00)

Rusiyanın Azərbaycan diasporunun rəhbəri, akademik Fazil Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Zati-aliləri, Rusiya Federasiyasında yaşayan Azərbaycan diasporu adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımı bildirir və doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası beynəlxalq münasibətlərin nüfuzlu iştirakçısıdır və gələcəyə inamla baxır. Bu uğurda Sizin çox böyük xidmətiniz bizim hər birimizdə minnətdarlıq və qürur hissi doğurur. Beynəlxalq arenada Azərbaycanın maraqlarının qorunmasında Sizin sarsılmaz mövqeyiniz, daxili və xarici siyasətdə ölkə üçün taleyüklü qərarlar qəbul etməyiniz, bütün dünyada çoxmillətli Azərbaycan diasporunun ehtiyaclarına daimi diqqətiniz Sizə haqlı olaraq qətiyyətli və ardıcıl dövlət siyasətçisi kimi nüfuz və hörmət qazandırıb.

Siz Rusiya Federasiyasının əsl dostu kimi müxtəlif sahələrdə qarşılıqlı faydalı Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz.

Əziz İlham Heydər oğlu, bu xoş gündə Sizə möhkəm cansağlığı və gözəl Vətənimiz Azərbaycanın firavanlaşması naminə yeni böyük uğurlar diləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR