Sahibə Qafarova helikopter qəzası ilə bağlı Türkiyə xalqına başsağlığı verib

Sahibə Qafarova helikopter qəzası ilə bağlı Türkiyə xalqına başsağlığı verib
# 04 mart 2021 21:31 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyədə helikopter nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə Parlamentin sədri "Twitter" səhifəsində bildirib.

"Qardaş Türkiyədə helikopterin qəzaya uğraması nəticəsində 9 övladımız şəhid olub. Bu faciədən dolayı dərin üzüntü keçirdiyimizi ifadə edir, qardaş Türk xalqına, şəhidlərimizin ailələrinə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirəm”, - deyə S.Qafarova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR