Səfir: "Azərbaycan və İran pandemiyanın iqtisadi layihələrə mane olmaması üçün əlindən gələni edir"

Səfir: "Azərbaycan və İran pandemiyanın iqtisadi layihələrə mane olmaması üçün əlindən gələni edir"
# 15 sentyabr 2020 15:58 (UTC +04:00)

"İki ölkə arasında iqtisadi əməkdaşlığın tam potensialından istifadə etməmək müxtəlif səbəblərdən qaynaqlana bilər".

APA-nın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi mətbuat konfransında deyib.

"Ola bilər ki, biz prioritetləri düzgün seçməmişik və ya xarici təzyiqlərin təsiri olub. Ancaq yeni dönəmdə biz düzgün prioritetləri seçməkdə qərarlıyıq. Üçüncü ölkələrin təzyiqlərinin iqtisadi əlaqələrimizə mane olmasına imkan verməyək", səfir deyib.

Səfir əlavə edib ki, iki ölkə COVID-19 pandemiyasının iqtisadi layihələrə mane olmaması üçün əlindən gələni edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR