Səfir Elin Süleymanovun Amerika Universitetində Vətən müharibəsi ilə bağlı onlayn brifinqi keçirilib

Səfir Elin Süleymanovun Amerika Universitetində Vətən müharibəsi ilə bağlı onlayn brifinqi keçirilib
  • Clock-gray 06:20
  • calendar-gray 04 Fevral 2021

Vaşinqtonda yerləşən Amerika Universitetinin ("American University") dəvəti əsasında Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun 44 günlük Vətən müharibəsinin nəticələrinə həsr olunmuş onlayn brifinqi baş tutub.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən APA-yaa verilən məlumata görə, paneldə səfir professor Keyt Dardenin və brifinqə internet üzərindən qoşulan izləyicilərin çoxsaylı suallarını cavablandırıb. Tədbirdən sonra universitet tərəfindən verilmiş məlumata görə birifinq universitetin bu qəbildən olan tədbirləri arasında ən çox izləyici sayı ilə yadda qalıb və marağa səbəb olub. İzləyicilər arasında çoxsaylı ermənilərin olması diqqət çəkib.

Tədbirin keçirilməsi barədə Amerika Universiteti tərəfindən elanlar yerləşdirildikdən sonra erməni radikalları ölkəmizə, ABŞ-dakı səfirliyə qarşı təhqir və təhdid xarakterli kampaniyaya başlayıb, nifrət zəminində ifadələr səsləndirib, hətta universiteti sözügedən brifinqi ləğv etməyə çağırıb. Erməni tərəfi həqiqətlərin ABŞ ictimaiyyətinin və akademik dairələrin diqqətinə çatdırılacağından narahatlıq keçirib, hər vəchlə tədbirin qarşısını almağa çalışıb. Ölkəmizə və diplomatlarımıza qarşı sözügedən nifrət zəminində çağırışlar və təhdidlər ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən də rəsmi mövqe bildirilib.

Müzakirələrdə əsasən müharibənin tarixi, səbəbləri, döyüşlərdən sonra yaranmış vəziyyət, Cənubi Qafqaz bölgəsinin gələcəyi məsələlərinə toxunulub. Səfir Ermənistan tərəfinin davamlı olaraq, sülh danışıqlarını pozma cəhdələrindən danışıb, Ermənistanın baş naziri Nikol Paşinyan və sabiq müdafiə naziri Davit Tonoyanın təxribatçı bəyanatları və müharibə ritorikasından bəhs edib.

Səfir eləcə də Ermənistanın 12-14 iyul 2020-ci il tarixində Tovuz istiqamətində ölkəmizə qarşı törətdiyi hərbi təxribatına diqqət yetirib. O, qeyd edib ki, erməni radikalları tərəfindən səslənən təxribatçı bəyanatlar və ritorika ilk növbədə Ermənistanın öz gələcəyinə zərbə vurur. E.Süleymanov hazırda regionda yeni vəziyyətin yaranması fonunda Azərbaycan və erməni xalqlarının, eləcə də geniş regiounun gələcəyi üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb, nəqliyyat, infrastruktur və iqtisadi layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, erməni xalqını Azərbaycan və digər qonşularla sülh şəraitində yaşamağa və firavan gələcək seçməyə cağırıb.

apa-logo-mini

Digər xəbərlər