Səfir: “Pakistan Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasına hərtərəfli dəstək göstərməyə hazırdır”

Səfir: “Pakistan Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasına hərtərəfli dəstək göstərməyə hazırdır”
# 11 dekabr 2020 23:08 (UTC +04:00)

“Pakistan hökuməti və xalqı həmişə Azərbaycanın yanında olub və azad edilmiş ərazilərin yenidən qurulması, məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması zamanı hərtərəfli dəstəyini göstərməyə hazırdır”.

APA-nın məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee "Twitter" səhifəsində paylaşıb.

Səfir əlavə edib ki, Pakistan hökuməti tərəfindən qardaş Azərbaycan xalqı üçün təyyarə ilə göndərilən yardımı yerli hakimiyyət orqanlarına təhvil verib. O, Güclü Pakistan-Azərbaycan dostluğuna diqqət çəkərək, bundan qurur duyduğunu ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR