Səfir: "Ukrayna qardaş Azərbaycan xalqının öz suverenliyini və ərazi bütövlüyünü qorumaq hisslərini çox yaxşı başa düşür"

Səfir: "Ukrayna qardaş Azərbaycan xalqının öz suverenliyini və ərazi bütövlüyünü qorumaq hisslərini çox yaxşı başa düşür"
  • Clock-gray 13:05
  • calendar-gray 09 Noyabr 2020

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, ukraynalı diplomat bu barədə "Twitter"də qeyd edib.

"Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını hərarətlə və səmimi qəlbdən təbrik edirəm!

Ukrayna qardaş Azərbaycan xalqının öz suverenliyini və ərazi bütövlüyünü qorumaq hisslərini çox yaxşı başa düşür", - V. Kanevski bildirib.

Zümrüd Paşkin

Digər xəbərlər