Səfirlik: Azərbaycan-Rusiya sərhədi martın 1-dək bağlı qalacaq

Səfirlik: Azərbaycan-Rusiya sərhədi martın 1-dək bağlı qalacaq
# 18 dekabr 2020 19:00 (UTC +04:00)

Rusiya və Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və ölkəmizdə sərt karantin tədbirlərinin tətbiqi ilə əlaqədar Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2021-ci ilin 1 mart tarixinədək bağlı olacaq.

Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, qış fəslini, əlverişsiz hava şəraitini, infrastrukturun və məişət şəraitinin olmamasını nəzərə alaraq, həmçinin ciddi problemlərlə üzləşməmək üçün Səfirlik Azərbaycan Respublikası vətəndaşlarından sərhədi keçmək məqsədi ilə Dağıstana getməkdən çəkinməyi təkidlə xahiş edir:

"Səfirliyin 18 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq vurğulayırıq ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında nəqliyyat əlaqələri tam həcmdə və adi rejimdə davam etməkdədir. Yaranmış epidemioloji vəziyyətə görə vətəndaşların piyada keçidi müvəqqəti olaraq dayandırılmışdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR