Tbilisidə Xocalı soyqırımına dair filmin nümayiş olunduğu böyük ekran quraşdırılıb - FOTO

Tbilisidə Xocalı soyqırımına dair filmin nümayiş olunduğu böyük ekran quraşdırılıb - FOTO
  • Clock-gray 11:13
  • calendar-gray 26 Fevral 2021

Heydər Əliyev Fondunun və Azərbaycanın Gürcüstandakı səfirliyinin birgə təşkilatçılığı ilə Tbilisi şəhərində, səfirliyin binası önündə Xocalı soyqırımına və Vətən Müharibəsində əldə olunan qələbəyə həsr olunan fotoşəkillərin yer aldığı guşə, həmçinin Xocalı soyqırımına aid filmin nümayiş olunduğu böyük ekran quraşdırılıb. 

APA-nın Gürcüstan bürosu xəbər verir ki, eyni zamanda “Xocalıya ədalət” beynəlxalq kampaniyasının loqosu və Bakıdakı "Ana fəryadı" abidəsini özündə əks etdirən 3 kiçik və 5 böyük həcmli yük avtomobili gün ərzində Tbilisi şəhəri ərazisində hərəkət edəcək. Bundan başqa Gürcüstanın 25 qabaqcıl xəbər saytının əsas səhifəsində “Xocalıya ədalət” kampaniyasının loqosu yerləşdiriləcək və həmin saytlarda https://justiceforkhojaly.org/ saytına keçid təmin ediləcək.

Səid Babazadə

Digər xəbərlər