Teberrüken Uluçay: “Hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”

Teberrüken Uluçay: “Hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”
# 17 iyul 2020 18:52 (UTC +04:00)

Bu gün Şimali Kipr Cumhuriyyət Məclisinin sədri Teberrüken Uluçay Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Teberrüken Uluçay Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olan şəhidlərin ruhunu ehtiramla yad etdiyini bildirərək, onların ailələrinə başsağlığı verib, yaralananlara şəfa dilədiyini ifadə edib.

Hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bildirən Cumhuriyyət Məclisinin sədri Ermənistanın Azərbaycanla dövlət sərhəddində törətdiyi təxribatı qəti şəkildə pislədiklərini və Ermənistanın bu addımlarının yolverilməz olduğunu vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində güclü orduya malik Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatına dərhal və adekvat cavab verib: “Azərbaycan öz ərazi bütövlüyünü ən qısa müddətdə bərpa edəcək və qələbə çalacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR