Türk Şurası ölkələri liderlərinin qeyri-formal görüşünün gündəliyi açıqlanıb

Türk Şurası ölkələri liderlərinin qeyri-formal görüşünün gündəliyi açıqlanıb
  • Clock-gray 11:59
  • calendar-gray 30 Mart 2021

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin liderlərinin sabah videoformatda keçiriləcək qeyri-formal görüşünün gündəliyi açıqlanıb.

APA-nın xəbərinə görə, Zirvə Görüşündə təşkilata üzv bütün ölkələr dövlət başçısı səviyyəsində (Macarıstan Baş nazir səviyyəsində) təmsil olunacaq və iclas 15:00-da başlayacaq.

Zirvə Görüşünə Şuraya rəsmi üzv olmayan Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov da qatılacaq. Liderlər 10-15 dəqiqə ərzində çıxış edəcəklər.

Zirvə Görüşünün yekununda birgə Türküstan deklarasiyası qəbul olunacaq. Bu deklarasiya çərçivəsində qədim Türküstan şəhəri “Türk dünyasının mənəvi paytaxtı” elan ediləcək. 

Zümrüd Paşkin

Digər xəbərlər