Türkiyə Prezidenti: “Azərbaycanla əməkdaşlığımız daha yüksək səviyyədə davam edəcək”

Türkiyə Prezidenti: “Azərbaycanla əməkdaşlığımız daha yüksək səviyyədə davam edəcək”
  • Clock-gray 15:13
  • calendar-gray 11 Dekabr 2020

“Bildiyiniz kimi, Azərbaycan bizim üçün qardaş ölkədir. Azərbaycanlı qardaşlarımızın torpaqları 30 il idi ki, erməni işğalı altında idi. Onlar bu işğal müddətində çox səbr etdilər”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Bu prosesi mütəmadi nəzarətdə saxladıqlarını vurğulayan Türkiyə dövlət başçısının sözlərinə görə, təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri gözləntiləri doğrultmayıb və adil nəticə əldə edilməyib.

“Dünən Azərbaycandakı qardaşlarımızın həyəcanı, sevinci həqiqətən çox fərqli idi. Bütün heyətimizlə orada Azərbaycanla Türkiyə birliyinin çox gözəl örnəyini nümayiş etdirdik. Bundan sonra da atacağımız addımları qəbul etdiyimiz razılaşmalarla müəyyənləşdirdik. Azərbaycanla əməkdaşlığımız daha yüksək səviyyədə davam edəcək”, - deyə Ərdoğan qeyd edib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər