Türkiyə XİN başçısı: “Türk Şurasını gücləndirmək istəyirik”

Türkiyə XİN başçısı: “Türk Şurasını gücləndirmək istəyirik”
  • Clock-gray 12:48
  • calendar-gray 06 Fevral 2020

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını (Türk Şurası - red.) gücləndirmək istəyirik”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu qeyd edib ki, bu gün bu istiqamətdə müzakirələr aparılıb: “Nyu-Yorkda BMT Baş Assambleyasında da Xarici İşlər nazirləri səviyyəsində görüş keçirəcəyik. Türkiyədə Şuranın 8-ci görüşü ərəfəsində də təkliflərimizi dövlət başçılarımıza təqdim edəcəyik. Bakıda keçirilən bu görüş çox uğurlu alındı. Bu görüşdən sonra Şuraya diqqətin artdığını görürük. Bizdən sonra Şurada müşahidəçi statusu, ortaqlıq statusu istəyən dövlətlərlə bağlı da müzakirə apardıq. Ona görə də bu görüş son dərəcə faydalıdır. Görüşün təşkili ilə bağlı Prezident İlham Əliyevə və Xarici İşlər naziri Elmar Məmmədyarova təşəkkür edirik”.

Zümrüd Paşkin

Digər xəbərlər