Ukrayna XİN: Dağlıq Qarabağdakı qondarma seçkiləri qınayırıq

Ukrayna XİN: Dağlıq Qarabağdakı qondarma seçkiləri qınayırıq
# 31 mart 2020 18:44 (UTC +04:00)

Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanın Dağlıq Qarabağ ərazisində baş tutmuş (31 mart tarixində) qondarma prezident və parlament seçkilərinin tanınmamasına dair bəyanat yayıb.

APA-nın Ukrayna XİN-ə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir:

"Ukrayna Xarici İşlər Nazirliyi 31 mart tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində baş tutmuş qondarma prezident və parlament seçkilərini qəti şəkildə qınayır. Bu qondarma seçkilər heç bir hüquqi nəticəyə malik deyil və beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. Ukrayna növbəti dəfə Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün çıxış edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR