Ukrayna prezidenti Davosda Rövnəq Abdullayevlə görüşüb

Ukrayna prezidenti Davosda Rövnəq Abdullayevlə görüşüb
  • Clock-gray 23:28
  • calendar-gray 22 Yanvar 2020

 

 

Ukrayna Prezidenti Vladimir Zelenski Davosda ARDNŞ-in Prezidenti Rövnəq Abdullayev ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, V.Zelenski və Rövnəq Abdullayev Ukraynanın infrastruktur layihələrinə, müəssisələrinə investisiya qoyulması, habelə Ukraynanın qaz nəqli imkanları barədə müzakirə aparıblar. 

Ukrayna prezidenti ötən ilin dekabr ayında Azərbaycana səfərini xatırladaraq bu səfərin məhsuldar olduğunu deyib: “İnanıram ki, bu görüş ölkələrimiz arasındakı münasibətləri yeni mərhələyə qaldırdı”.

Tərəflər ARDNŞ ilə yeni layihələri, Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış müqavilələrin icrasını müzakirə ediblər.

 

Zümrüd Paşkin

Digər xəbərlər