Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Vaşinqtonda anılıb

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Vaşinqtonda anılıb
  • Clock-gray 10:38
  • calendar-gray 12 Dekabr 2020

Azərbaycanın ABŞ-da Səfirliyində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, pandemiya səbəbindən tədbir məhdud çərçivədə, səfirliyin və bəzi diaspora üzvlərinin iştirakı ilə baş tutub.

Öncə tədbir iştirakçıları Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra səfir Elin Süleymanov qısa nitq söyləyərək Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, həmçinin xalqımızın rifahı üçün göstərdiyi misilsiz xidmətlərindən bəhs edib.

Səfir builki anım tədbirinin Azərbaycan tarixində xüsusi dövrə təsadüf etdiyini qeyd edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın təcavüzünə qarşı şanlı qələbəsinə toxunub.

Səfir Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələri, müəyyən etdiyi uzaqgörən siyasəti və atdığı müdrik addımların bu gün bu tarixi nailiyyətlərin əldə edilməsinə imkan verdiyini qeyd edib.

E. Süleymanov Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən Ulu Öndərin bu arzusunu bu gün Prezident İlham Əliyevin reallaşdırdığını bildirib.

Səfir əlavə etmişdir ki, bu gün torpaqlarımızın azad edilməsi Azərbaycan xalqının böyük qələbəsidir və bu qələbə Heydər Əliyevin də ruhunu şad edib.

Sonda Ümummilli Liderin xatirəsi ehtiramla anılaraq, büstünün önünə gül dəstələri düzülüb.

apa-logo-mini

Digər xəbərlər