Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib - YENİLƏNİB

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib - YENİLƏNİB
# 24 dekabr 2020 13:14 (UTC +04:00)

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Vladimir Putin Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik edib, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, əməkdaşlığımızın gələcəkdə də genişlənəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.

***

13.03

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Kremlin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, telefon danışığı zamanı Vladimir Putin İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Kremlin məlumatında Rusiya liderinin İlham Əliyevə doğum günü münasibətilə təbrik teleqramı göndərdiyi də qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR