XİN: Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır

XİN: Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır
# 04 may 2020 12:59 (UTC +04:00)

“Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində bildirilib.

“1994-cü ilin bu günündə Azərbaycan NATO-nun “Sülh naminə Tərəfdaşlıq” proqramına qoşulub və İttifaqla möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq qurub. Azərbaycan Avro-Atlantik bölgədə və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyi qorumaq üçün NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır”, - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR