XİN: Dünya ABŞ-dakı vəziyyətə görə narahatdır, Dövlət Departamenti kimə və nəyə görə narahatdır, bunu başa düşə bilmirik

XİN: Dünya ABŞ-dakı vəziyyətə görə narahatdır, Dövlət Departamenti kimə və nəyə görə narahatdır, bunu başa düşə bilmirik
# 22 iyul 2020 17:36 (UTC +04:00)

2020-ci il iyulun 20-də ABŞ Dövlət Departamenti “ABŞ-ın COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə demokratiya, yaxşı idarəetmə və insan hüquqlarına dəstəyi” adlı informasiya bülleteni dərc edib və burada Azərbaycana da istinad edilib. Belə ki, Dövlət Departamenti Azərbaycan hakimiyyətini COVİD-19-a qarşı görülən tədbirlərin vətəndaş cəmiyyəti təbliğatını, müxalif səsləri və ya ictimai müzakirələri susdurmaq üçün istifadə edilməməsini təmin etməyə çağırıb.

APA-nın xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bununla bağlı KİV-in sualını cavablandırıb.

O bildirib ki, Corc Floydun ölümündən sonra hazırda bütün dünya ictimaiyyəti ABŞ-ı bürüyən iğtişaşlar səbəbindən bu ölkədəki vəziyyətə görə narahatdır.

“Belə bir şəraitdə ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır, bunu başa düşə bilmirik”, - deyə XİN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR