XİN: Gələn il əsas səylər işğaldan azad olunmuş ərazilərin bərpasına dost ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların cəlb edilməsinə yönələcək

XİN: Gələn il əsas səylər işğaldan azad olunmuş ərazilərin bərpasına dost ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların cəlb edilməsinə yönələcək
# 29 dekabr 2020 12:45 (UTC +04:00)

2021-ci ildə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikasının dövlət mənafeyi və milli maraqlarının beynəlxalq aləmdə layiqincə təmin edilməsi məqsədilə apardığı çevik və praqmatik xarici siyasət fəaliyyətini davam etdirəcək.

APA-nın xəbərinə görə, bu, 2020-ci ilin yekunlarına dair XİN-in Mətbuat buraxılışında öz əksini tapıb.

“Əsas səylər ikitərəfli və çoxtərəfli münasibətlərdə maraqlarımıza cavab verən qarışlıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dost ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların cəlb edilməsi, bölgədə yeni əməkdaşlıq və inkişaf təşəbbüslərinin təşviq edilməsi, habelə enerji və nəqliyyat sahələrində irimiqyaslı regional infrastruktur layihələrin uğurla həyata keçirilməsinin təmin edilməsi ilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin gücləndirilməsi və nüfuzunun daha da artırılmasına yönələcəkdir. Xarici siyasət fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı “bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması əsas prinsiplərimizdən biridir” fikri əsasında həyata keçiriləcək”, - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR