Yaponiya səfiri: “Koronavirusun qarşısını almaq üçün tədbirlər görülməkdədir”

Yaponiya səfiri: “Koronavirusun qarşısını almaq üçün tədbirlər görülməkdədir”
# 27 fevral 2020 19:06 (UTC +04:00)

“Yaponiyada da koronavirusa yoluxmuş şəxslər aşkarlanıb. Bu xəstəliyin qarşısını almaq üçün tədbirlər görülməkdədir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Katori Teruyuki deyib.

“Xəstəliyin sərhədi yoxdur. Tibb sahəsi bu gün inkişaf etməkdədir. Hazırda dünya həkimləri koronavirusa qarşı peyvənd hazırlamağa çalışır. Ümid edirəm ki, tez zamanda peyvənd tapılar, virusa yoluxmuş şəxslər tez bir zamanda sağalarlar”, - deyə səfir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR