Ziyafət Əsgərov: “Qars müqaviləsi hələ də qüvvədədir”

Ziyafət Əsgərov: “Qars müqaviləsi hələ də qüvvədədir”
# 31 may 2020 12:41 (UTC +04:00)

“Naxçıvandan xeyli insan Türkiyəyə işləməyə gedir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ziyafət Əsgərov deyib. O bildirib ki, gələcəkdə Xarici İşlər Nazirliyi ilə məsləhətləşərək, bu məsələni sazişdə ayrıca qeyd etmək lazımdır: “Qars müqaviləsinə görə, Türkiyə Naxçıvan Muxtariyyətinin təminatçılarından biridir. Türkiyə Naxçıvan üçün ayrıca preferensiya verə bilər. Ulu öndər 1993-94-cü illərdə Naxçıvanda işləyəndə Qars müqaviləsi əsasında Naxçıvanda xeyli işlər gördü. Ulu öndər Süleyman Dəmirələ bu məsələdə təkliflər vermişdi. Bu tarixi müqavilələr hələ də qüvvədədir. Bu müqavilələrdən istifadə etmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR