ATƏT PA Prezidenti: "Münaqişənin sülh yolu ilə həllinə və iki ölkə arasında danışıqlar prosesinə hədəflənməyən bəyanatlar həmişə prosesə zərər vurur"

ATƏT PA Prezidenti: "Münaqişənin sülh yolu ilə həllinə və iki ölkə arasında danışıqlar prosesinə hədəflənməyən bəyanatlar həmişə prosesə zərər vurur"
# 10 sentyabr 2019 10:55 (UTC +04:00)

"Bu, olduqca əhəmiyyətli prosesdir, çünki Avropa məkanında, Cənubi Qafqazda mövcud olan Dağlıq Qarabağ münaqişəsi bütün dünyanın, o cümlədən bizim təşkilat olan ATƏT-in diqqətindədir".

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında ATƏT PA-nın Prezidenti Giorgi Tsereteli deyib.

APA-nın əməkdaşının "Güman ki, məlumatınız var, Ermənistanın Baş naziri Nikol Paşinyan "Panarmenia" oyunlarının açılışı zamanı "Dağlıq Qarabağ Emənistanın bir hissəsidir" söyləyib. Bu barədə nə deyə bilərsisiniz" sualına cavabında G. Tsereteli "Mən Ermənistan Baş nazirinin dediklərini izləməmişəm. Bu, olduqca əhəmiyyətli prosesdir, çünki Avropa məkanında, Cənubi Qafqazda mövcud olan Dağlıq Qarabağ münaqişəsi bütün dünyanın, o cümlədən bizim təşkilat olan ATƏT-in diqqətindədir. Münaqişənin sülh yolu ilə həll olunmasına və iki ölkə arasında danışıqlar prosesinə hədəflənməyən bəyanatlar həmişə prosesə zərər vurur" deyib.

O, daha çox konstruktiv bəyanatlar eşitmək istədiklərini, eyni zamanda konkret addımlar gözlədiklərini bildirib: "Biz müxtəlif ideyaları bir araya gətirərək fikir ayrılıqlarını aradan qaldırıb ümumi dil tapmalıyıq. Təəssüf ki, bu, hazırda problemlər sırasındadır. Münaqişənin həll olunması üçün əlbəttə siyasi iradə lazımdır. Biz dəfələrlə təkrarlamışıq ki, hər iki ölkədə - Azərbaycan və Ermənistanda siyasi iradə yaradılmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR