Azərbaycanın səfiri Ukraynanın yeni Xarici İşlər naziri ilə görüşüb

Azərbaycanın səfiri Ukraynanın yeni Xarici İşlər naziri ilə görüşüb
# 13 sentyabr 2019 14:57 (UTC +04:00)

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin yeni Xarici İşlər naziri Vadim Pristayko ilə görüşüb.

Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən xəbərə görə, görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər.

Qeyd edilib ki, hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi vacibdir.

Görüşün sonunda səfir V. Pristaykoya oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünə rəsmi dəvəti təqdim edib.

Nazir rəsmi dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR