XİN-in İdarə rəisi Venesuelaya gedəcək

XİN-in İdarə rəisi Venesuelaya gedəcək
# 17 iyul 2019 11:58 (UTC +04:00)

Azərbaycan Qoşulmama Hərəkatının bu ay Venesuelada keçiriləcək Nazirlər konfransında iştirak edəcək.

APA-nın xəbərinə görə, Azərbaycanı təmsil edəcək nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Təhlükəsizlik İdarəsini rəisi vəzifəsini icra edən xüsusi nümayəndə Yalçın Rəfiyev rəhbərlik edəcək.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII zirvə görüşü bu il oktyabrın 25-26-da Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR