BƏƏ-nin Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb

BƏƏ-nin Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb
# 20 sentyabr 2019 10:45 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyində Federal Milli Şuraya seçkilərdə səs vermək üçün seçki məntəqəsi yaradılıb.

Bu barədə APA-ya BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Alqubaisi məlumat verib.

O bildirib ki, 22 və 23 sentyabrda ölkədən kənarda olan vətəndaşlara seçki prosesində iştirak etmək üçün BƏƏ-nin Milli Seçki Komissiyası tərəfindən ölkənin xaricdəki səfirliklərində, konsulluqlarında və digər diplomatik nümayəndəliklərində 118 seçki mərkəzi yaradılıb.

Səfir qeyd edib ki, bu, 2006-cı ildən etibarən keçirilən sayca dördüncü seçkidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR