Elmar Məmmədyarov Qırğızıstanın XİN rəhbəri Çingiz Aydarbekov ilə görüşüb

Elmar Məmmədyarov Qırğızıstanın XİN rəhbəri Çingiz Aydarbekov ilə görüşüb
  • Clock-gray 22:31
  • calendar-gray 19 Sentyabr 2019

Macarıstana işgüzar səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Qırğızıstan Respublikasının xarici işlər naziri Çingiz Aydarbekov ilə görüşüb.

APA xəbər verir ki, nazirlər iki ölkə arasında əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə ətraflı fikir mübadiləsi aparıblar. Ölkələr arasında yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından önəmli olduğunu vurğulayıblar. İkitərəfli iqtisadi münasibətlərin inkişafı və Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nazilər, habelə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğulayaraq, bu xüsusda növbəti görüşün yeri və tarixinin müəyyənləşdirilməsi tapşırığını veriblər.

Bakı şəhərində keçiriləcək qarşıdan gələn Türk Şurasının 7-ci Zirvə görüşü, həmçinin Qoşulmama Hərəkatının Zirvə görüşündə Qırğızıstan Respublikasının təmsilçiliyi məsələsi müzakirə olunub.

Görüşdə Nazirlər, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date